Dünya

“İran Trampın təhdidlərinə adekvat cavab verəcək” – İran XİN

230
“İran Trampın təhdidlərinə adekvat cavab verəcək” – İran XİN
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) xarici işlər naziri bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezideni Donald Trampın nüvə sazişi üzrə edəcəyi qeyri-dost bəyanatlarına adekvat cavab verəcək

«Tramp öz şərhlərini edən kimi, İran İslm Respublikası adekvat cavab verəcək» - deyə, Zərif qeyd edib. Onun sözlərini «Tasnim» agentliyi sitat gətirib.

Nazirin sözlərinə görə, İran öz siyasi kursunu digər dövlətlərin ritorikasından asılı olmayaraq, özü seçir.

Bundan əvvəl, İranın briqada generalı Mühəmməd Əli Cəfəri bəyan edib ki, əgər Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq etsə, İran hakimiyyəti ABŞ ordusunu «İslam Dövləti» döyüşçüləri ilə eyniləşdirəcək. O, həm də bölgədə yerləşən ABŞ hərbi bazalarını İran raketlərinin 2 min kilometrlik zərbə radiusundan kənara çıxarmağı Vaşinqtona məsləhət görüb.