Dünya / Redaksiya seçimi

Yunanıstanın borcu 320 mlrd-a çatıb

745
Yunanıstanın borcu 320 mlrd-a çatıb
Avropa Birliyi Komissiyasının iqtisadi və maliyyə işlərdən məsul üzvü Pierre Moscovici, borc böhranının həll edilməsi üçün Afinanın alternativ təkliflər təqdim edə biləcəyini deyib

Pyer Moscovici, beynəlxalq kreditorlarının Yunanıstan hökumətinə təqdim etdiyi təklifləri müdafiə edərək, "topun Yunanıstanın meydançasında olduğunu" söyləyib.

Brüsseldə mətbuata açıqlama verən Moscovici, Yunanıstanın borc böhranının həll edilməsi üçün "Afinanın alternativ təkliflər təqdim edə biləcəyini" dilə gətirib.

Dünən Avropa İttifaqı Komissiyasının Sədri Jean Claude Juncker, Yunanıstan hökumətini beynəlxalq kreditorlarının təkliflərini xalqına səhv təqdim etməkdə günahlandırmışdı.

"Yunanıstan hökuməti vecimə deyil, önəmli olan Yunan xalqıdır" deyən Juncker, "Çipras hökuməti xalqa Aİ Komissiyasının real təkliflərini danışsa Yunanıstanla müzakirələrin daha asan olacağını" bildirmişdi.

Qeyd edək ki, bu gün Yunanıstanda Aleksis Çiprasın rəhbərlik etdiyi hökümətə dəstək məqsədilə aksiya keçirilib.

Mövcud maliyyə proqramda qalan 7,2 milyard avroluq kreditin sərbəst buraxılması üçün Yunanıstanın iyunun sonuna qədər kreditorlarla razılaşması lazımdır. Əks halda Yunanıstanın, gələcək həftələr və aylarda BVF-yə geri ödəməsi başda olmaqla borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi bildirilir.

Avropa Mərkəzi Bankı və BVF-nin məlumatlarına görə, Yunanıstanın ümumi borcu 320 milyard avrodur və milli gəlirinin 177%-ni təşkil edir. Yunanıstanın, xilasetmə paketinə aid 240 milyard avro borclarının ən böyük hissəsini təşkil edir. Bundan başqa, ölkənin Avropanın lokomotiv ölkəsi olan Almaniyaya 56 milyard avro borcu var.

Yunanıstanın, iyunda BVF-yə 1,5 milyard avro və 5,2 milyard avro olmaqla cəmi 6,7 milyard avro borc ödəməsi lazımdır. Ölkənin iyulda da BVF-yə 2 milyard 452 milyon avro və Avropa Mərkəzi Bankına 3,5 milyard avro olmaqla cəmi 5,95 milyard avro borc ödəməsi var.