Dünya

ATƏT-in baş katibi Ermənistana gəlir

459
ATƏT-in baş katibi Ermənistana gəlir
Bu gün ATƏT-in baş katibi Lamberto Zanyer Ermənistana səfər edəcək.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə reallaşır. L.Zanyer Yerevanda olduğu müddətdə prezident Serj Sarkisyanla da görüşəcək.

Görüşdə ATƏT-lə Ermənistan arasında münasibətlərə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi yollarına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Ermənistan XİN və Zanyer arasında aparılan danışıqların nəticələrinə uyğun olaraq birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, ATƏT-in Yerevanda 2000-ci ildən fəaliyyət göstərən ofisi 2017-ci ildə bağlanıb.