Dünya / İdman

“I Avropa Oyunlarında çox güclü taekvondoçular iştirak edir”

585
“I Avropa Oyunlarında çox güclü taekvondoçular iştirak edir”
Bakıda I Avropa Oyunları Olimpiya oyunları səviyyəsində təşkil olunub. Bu barədə Liderinfo.az-ın Danimarka Taekvondo Federasiyasının prezidenti Eynar Mikkelson deyib.

O bildirib ki, 2012-ci ildə Londonda Olimpiya oyunlarında iştirak edib və I Avropa Oyunları bu oyunlarla eyni səviyyədə təşkil olunub: “I Avropa Oyunları infrastruktur keyfiyyəti və səviyyəsinə görə Olimpiya standartlarından fərqlənmir. Bu baxımdan Azərbaycan çox böyük bir işin öhdəsindən gəlib”.

E.Mikkelson qeyd edib ki, azərbaycanlı taekvondoçular çox yaxşı çıxış edib: “Bununla belə, yüksək yerlər uğrunda mübarizə çətin olacaq. Çünki burada çox güclü idmançılar toplaşıb”.