Dünya / Hadisə

Zəyəmdə yük qatarında yanğın baş verib

766
Zəyəmdə yük qatarında yanğın baş verib
Azərbaycanda yük qatarında yanğın olub.

Liderinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb. Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib. Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.