Dünya

Qarabağda erməni əsgərlər arasında atışma - 2 yaralı

547
Qarabağda erməni əsgərlər arasında atışma - 2 yaralı
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni silahlı qüvvələrinin bölmələrindən birində silahlı insident baş verib.

TİA.AZ Ermənistan KİV-inə istinadən xəbər verir ki, başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülüb.
Haykaz Babeyan ciddi bədən xəsarətləri alıb. O, daha sonra avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan əsgər yoldaşını qarnından yaralayıb. Yaralılar Xankəndindəki hərbi hospitala çatdırılıb.
Sarkisyanın vəziyyəti sabitdir, digər yaralı isə reanimasiyaya yerləşdirilib.