Dünya / İdman

Associated Press: Mariya Stadnik və baldızının fərqli taleyi

513
Associated Press: Mariya Stadnik və baldızının fərqli taleyi
Dünyanın ən aparıcı xəbər agentliklərindən biri olan “Associated Press” (AP) azərbaycanlı və britaniyalı qadın güləşçiləri müqayisə edib.

AP Mariya Stadniklə onun baldızı, britaniyalı idmançı Yana Rattiqanın idman həyatını müqayisə edən maraqlı material dərc edib.

Onlar hər ikisi Birinci Avropa Oyunlarına qatılıblar. Hər iki qadın əslən Ukraynadandır və peşəkar güləşçidir.

"Stadnik zəngin, güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək səviyyəli idman obyektlərində məşq keçir. Yana Rattiqan isə Britaniya vətəndaşı olaraq, bir neçə işdə çalışır, karyerasını qorumağa çalışır". Ümumiyyətlə qeyd edilib ki, 2012-ci il London Olimpiya Oyunlarından sonra Britaniya güləş üçün maliyyəni dayandırıb.

Yana Rattiqan fiziki baxımdan yorğun olduğu üçün məğlub olub.“Mənim iş saatım 04.30 başlayır və 23.00-dək davam edir. Bütün günü bir neçə işin dalınca qaçıram. İndi əsl istirahətdəyəm. “Ətir istəyirsiniz?” Bu mənəm?” deyərək Rattigan gülərək AP-nin müxbirinə deyir.

Qeyd edək ki, Rattiqan və Stadnik Ukraynanın Lvov şəhərində doğulub böyüblər. Stadnik Azərbaycan dövlətinin maliyyələşdirdiyi idman sisteminin xarici əslli idmançılarından biri olduğu halda, Rattiqan britaniyalı güləşçi Leon Rattiqanla evlənib və Britaniyaya köçüb.

M.Stadnik qızıl medal sahibi olandan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu deyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan qızıl medalı qəbul edən Stadnik fəxarət hissi ilə Azərbaycanın himnini oxuduğunu bildirib.

Britaniya bir əsr bundan əvvəl güləş üzrə aparıcı dövlətlərdən biri idi. Amma onun sonuncu Olimpiya medalı 1984-cü ilə təsadüf edir. Y.Rattiqan ümid edir ki, müxtəlif xeyriyyə maliyyə dəstəyi ilə Britaniyada gənclər arasında güləşin inkişafına nail olsun.