Dünya / İdman

Güləşçilərimiz qızıl medalın bir addımlığında

603
Güləşçilərimiz qızıl medalın bir addımlığında
Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilib.

Liderinfo.az-ın məlumatına görə, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. M.Stadnikin 1/4 finaldakı rəqibi Fransa güləşçisi Julie Sabatie olacaq.

Digər azərbaycanlı qadın güləşçi Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarının bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə məğlub olub.

Bakı 2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarlışlarında Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edən Nadya Muşka 1/8 final mərhələsində Rusiya güləşçisi, Olimpiya çempionu Nataliya Vorobyova ilə üz-üzə gəlib.

Təəssüf ki, təmsilçimizin müqavimətinə baxmayaraq o, güclü rəqibinə qalib gələ bilməyib və 0: 5 hesabı ilə məğlub olub.

Qadınlar arasında güləş üzrə yarışlarda ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin 1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb.

Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinaldakı rəqibi İsveç təmsilçisi Sofia Mattson olacaq.

Beləliklə, qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Olimpiya oyunlaırnın gümüş və bürünc mükafatçısı, dünya və dörqat Avropa çempionu Mariya Stadnik 1/4 final mərhələsində fransalı Julie Sabatie ilə üz-üzə gəlib.qazanaraq adını yarımfinala yazdırıb.

Rəqibindən bütün parametrlərdə üstün olan M.Stadnik vaxtından əvvəl 11:0 hesabı ilə tam qələbə

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR)

55 kq
1/8 final - Patrizia Liuzzi (İTA) - Nataliya Sinişin

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL)

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS)

Xatırladaq ki, yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.