Dünya

Vladimir Putin İstanbula gəlib

550
Vladimir Putin İstanbula gəlib
Rusiya prezidenti Vladimir Putin İstanbula səfərə gəlib

Bu barədə RİA Novosti məlumat yayıb.

V.Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin xüsusi sessiyasında iştirak edəcək.

Bu gün yerli vaxtla saat 16:00-da isə Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr və Suriya məsələsi müzakirə olunacaq.

V.Putinin Venesuela prezidenti ilə görüşü də gözlənilir.