Dünya
Putin İstanbula getməkdən imtina etdi
576

Mayın 23-24-də İstanbulda keçiriləcək Birinci Beynəlxalq Humanitar Forumuna dəvət almış Rusiya prezidenti Vladimir Putin Türkiyəyə getməkdən imtina edib
LİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu İstanbul səfərinin Putinin iş qrafikində nəzərdə tutulmaması ilə əlaqələndirib.
“Rusiya tədbirdə başqa səviyyədə təmsil olunacaq”, - Peskov əlavə edib.
“Sadəcə olaraq, prezidentin iş qrafikində bu səfər nəzərdə tutulmayıb, təəssüf ki, qrafikdə bu səfərə yer yoxdur, buna görə də, Rusiya başqa səviyyədə təmsil olunacaq”, - jurnalistin Putinin İstanbuldakı foruma qatılıb-qatılmayacağı ilə bağlı sualına Peskov belə cavab verib.
Oxşar xəbərlər:

Putin Bakıya mayın sonlarında gələcək
Siyasət
Putin Qarabağdakı atışmadan danışdı
Siyasət
Ağ Ev Putinin gizli milyardlarının olduğunu təsdiqlədi, Kreml “təhqirdir” dedi
Dünya
Putin MDB-də dollardan rəsmən imtina məsələsini qaldırdı
Siyasət
Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı
Siyasət / Son xəbər