Dünya / İdman

Məşəlimiz Atletlər Kəndinə belə gətirildi (VİDEO)

665
Məşəlimiz Atletlər Kəndinə belə gətirildi (VİDEO)
I Avropa Oyunları məşəlinin ötən günki səyahətindən yeni görüntülər yayımlanıb.

Liderinfo.az-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məşəli Atletlər Kəndinə daşıyıb.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Atletlər Kəndində baş tutan qarşılanma mərasimində bildirib ki, Bakı 2015 iştirakçıları yarış meydanına qədəm basmaqla tarixə imza atacaqlar:

"Siz bu axşam burada öz ölkənizi təmsil edirsiniz. Bu, çox böyük şərəfdir. Siz birinci Avropa Oyunlarında tarixə imza atacaqsınız", - deyə Patrik Hikki söyləyib.

Məşəli Atletlər Kəndinə daşıyan, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Oyunların Xəbərlər Xidmətinə bildirib ki, oyunlara ev sahibliyi edən ölkə tədbirin yüksək səviyyədə keçirilməsi üçün böyük iş ortaya qoyub:

"Biz bu Avropa Oyunlarında yeni standartlar müəyyən etmək istəyirik. Bugünkü tədbir, Azərbaycanın Avropa Oyunlarını qəbul etməyə hazır olduğunu nümayiş etdirmək üçün təşkil edilib", - deyə Çingiz Hüseynzadə vurğulayıb.