Dünya / İdman

Bakı-2015-də qadınların yarışı başladı

678
Bakı-2015-də qadınların yarışı başladı
Bakı-2015-də qadınlar arasında su polosu yarışlarına start verilib.

Liderinfo.az-ın məlumatına görə, A qrupunun komandalarından Hollandiya və İsrail qarşılaşır. Hazırda Hollandiya İsrail qarşısında 4:0 hesabı ilə öndədir.

Qeyd edək ki, yarış öncəsində Hollandiya, Macarıstan və Yunanıstan A qrupunda digər rəqiblərindən üstün görünürlər. Qrupun digər komandaları isə Böyük Britaniya, Almaniya və İsraildir.

Yunanıstan və Macarıstan 2014-cü il Madriddə keçirilmiş yeniyetmələr arasında Dünya Çempionatında ön sıralarda yer almaqla güclü olduqlarını sübut ediblər. Belə ki, Yunanıstan 3-cü, Macarıstan isə 4-cü yerin sahibi olub.

B qrupunda isə əsas mübarizə 2013-cü ildə yeniyetnmələr arasında Avropa Çempionatında 2-ci yeri tutan İspaniya komandası ilə İtaliya və Rusiya arasında olacaq.