Dünya

Ermənistan höküməti təcili toplandı

632
Ermənistan höküməti təcili toplandı
Ermənistan hökuməti təcili islas çağırıb

LİA.AZ aznews.az-a istinadən bildirir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, iclas cəbhədə gərginliyin artmasına görə çağırılıb.

Xatırtladaq ki, Ermənistan Silahlı Qüvvələri aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində atəşkəs rejimini pozublar. Onlar iriçaplı pulemyotlardan və minaatanlardan kəndlərimizi atəşə tutublar. Nəticədə Azərbaycanın 1 mülki vətəndaşı ölüb, 1 nəfər isə ayaqlarını itirib. Ayaqlarını itirən şəxs xəstəxanaya aparılarkən Ambulans yolda qəzaya düşüb. Ermənilərin atdığı mərmi nəticəsində yaralanan gənc həyatını itirib.