Dünya / Maraq
“Twitter” rəhbəri istefaya gedir
628

“Twitter” mikrobloqlar servisinin baş direktoru Dik Kostolo istefaya getmək qərarına gəlib. İKT. Liderinfo.az-ın “Lenta”ya istinadən xəbərinə görə, bu barədə şirkətin məlumatında deyilir.
Dik Kostolo vəzifəsini iyulun 1-dən tərk etməklə şirkətin Direktorlar Şurasında öz yerini saxlayacaq. Baş direktor vəzifəsi müvəqqəti olaraq Cek Dorsiyə həvalə olunacaq.
“Mən “Twitter” komandası və mənim şirkətdəki altıillik fəaliyyətim dövründə bu komandanın əldə etdiyi uğurlarla fəxr edirəm. Bizim dəqiq strategiya və prioritetlərimiz var”, - D.Kostolo bildirib. O, C.Dorsi ilə bağlı fikirlərini bölüşərək onun keçid dövrü üçün rəhbərliyə ən yaxşı namizəd olduğunu vurğulayıb.
2006-cı ildə yaradılan “Twitter” mikrobloqlar servisinin mənzil-qərargahı San-Fransiskoda yerləşir. D.Kostolo 2009-cu ilin sentyabrından şirkətdə çalışmağa başlayıb, bir ay sonra əməliyyat direktoru vəzifəsinə təyin edilib. 2010-cu ildə Yeva Uilyams vəzifəsindən getdikdən sonra “Twitter” rəhbəri kimi fəaliyyətini davam etdirib.
“Twitter” yaradıcılarından biri olan C.Dorsi 2008-ci ilədək şirkətə rəhbərlik edib. O, şirkəti tərk etdikdən sonra “Square” internet ödənişləri servisini istifadəyə verib.
Oxşar xəbərlər:

Mətbuat Şurası I Avropa Oyunları ilə bağlı jurnalistlərə müraciət etdi
Maraq / Azərbaycan
Mətbuat Şurasından I Avropa Oyunları ilə bağlı MÜRACİƏT – MƏTN
İqtisadiyyat / Redaksiya seçimi
"Statoil" Türkiyədəki ofisini bağlayır
Siyasət / Son xəbər
Bakı-2015-lə bağlı nə qədər tvit atılıb?
Dünya / İdman
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Siyasət / Dünya