Dünya
Rusiya Şimali Qafqazı “Qrad“ atəşinə tutdu
2303

Rusiya ordusu Cənub hərbi dairəsi artilleriya hissələri Şimali Osetiya, Dağıstan, İnquşetiya və Çeçenistanda təlimlərə başlayıblar
Avropa.info xəbər verir ki, təlim zamanı rus ordusunun ən yeni radiolokasiya kompleksi “Zoopark-1” sistemi, “Mstsa-S” artilleriya qurğusu, modernləşdirilmiş “Tornado-Q”, “Qrad”, “Uraqan” reaktiv sistemləri, tank əleyhinə “Ştrum-S” raket kompleksi, “Podnos”, “Sani” minaatanları sınaqdan keçiriləcək.
Məlumatı Cənub dairəsinin mətbuat xidməti yayıb. Təlimlərin yeni növ silahları sınaqdan çıxarmaq, motoatıcı, tank birləşmələrini HHM və aviasiya ilə əlaqələndirməyi nəzərdə tutur.