Dünya

PAMF Pakistanda Xocalıya həsr olunmuş seminarlar təşkil etdi...

872
PAMF  Pakistanda Xocalıya həsr olunmuş seminarlar təşkil etdi...
PAMF: “BMT-nin qəbul etdiyi qətnamələrə qarşı Ermənistan tərəfindən sayqısızlıq böyük sual yaradır?”


Pakistan Azərbaycan Media Forumu İslamabadda Bedari Elektronika Təhsil ocağında Xocalı soyqrımının 24-illiyinə həsr olunan seminarlar təşkil edib. Seminarların ilk günü Pakistanın eks XİN başçısı, hazırki senatoru və PAMF-ın fəxri üzvü Əkrəm Zəki, eyni zamanda Pakistanın keçmiş federal naziri və siyasi elmlər doktoru Qulam Hüseyn də iştirak edib.

Seminar iştirakçılarına Xocalı soyqrımı zamanı sözün əsl mənasında Azərbaycanlıların etnik təmizlənməsini həyata keçirən erməni separatçılarının əməlləri haqqında Pakistan Azərbaycan Media Forumunun Pakistan üzrə sədri Raca Javid Əli Bhatti məlumat verib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıblar. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuş, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar -70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür”.

Eks XİN başçısı Əkrəm Zəki isə öz növbəsində bildirib ki, BMT erməni separatçılarının Azərbaycan torpaqlarını dərhal boşaltması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənistanın bu qıətnamələri yerinə yetirməməsinə görə sisə BMT-nin Təhlükəsizlik Şurası 7 dəfə ərizə ilə bu məsələnin icra olunması üçün müraciət edib. Ermənistan tərəfindən bu günə qədər heç bir qətnamə icra olunmayıb. 7 müraciət ərizəsi isə Ermənistan tərəfindən sadəcə iqnor edilməkdədir. Dünya birliyi isə hələ də bu ədalətsizliyə qarşı göz yumur!”

Pakistanın keçmiş federal naziri və siyasi elmlər doktoru Qulam Hüseyn isə seminar iştirakçılarına bildirib ki, erməni separatçıları Azərbaycan ərazilərini həyata keçirmək planını məhz SSSR-i dağılan zaman, baş qatışıq olan zaman etdi: “Hələ 1988-ci ildə 300 mindən artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların bir çoxu qətlə yetirildi. Baxmatyaraq ki, SSSR-nin konstitusiyaya görə, quruma üzv olan dövlətlərin sərhədlərinin toxunulmaz olduğuna dair qarant verirdi. Lakin buna baxmayaraq, Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilər silanlandırılırdı. Bu isə birmənalı olaraq SSSR-nin konstitusiyasına zidd idi. Ona görə də, elə ki, SSSR dağıldı, Ermənistan silahlı Qüvvələri açıq aqressiyaya başladılar. 1992-1993-cü illərdə 20% Azərbaycan torpaqları artıq işğal edilmişdi. Bu isə Dağlıq Qarabağı və 7 rayonu əhatə edirdi. Dağlıq Qarabağ mühareibəsi zamanı minlərlə insan öldü, yüz minlərlə insan qaçqın və və məcburi köçkünə çevrildi, minlərlə insan itgin düşdü.
Seminarda həmçinin iştirak edən İslamabadın Ali Məhkəməsinin vəkili Fərrux Doll isə bildirdi ki, Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə BMT-nin bütün daimi üzvləri, ABŞ, Çin, Fransa və İngiltərə tərəfindən qəbul edilib: “ BMT-nin qəbul etdiyi qətnamələrdə, xüsusən də 822-ci saylı qətnamə həmən an hərbi əməliyyatları dayandırmaq və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını boşaltmasını tələb edir. 853, 874, 884- saylı qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin qorunması, güc tətbiq edərək ərzini ələ keçirməyi qadağan edir. Eyni zamanda qətnamələrə əsasən hərbi əməliyyatlar dayandırılmalı, təcili olaraq Azərbaycan torpaqlarından bütün işğalçı tərəfin ordusu çıxarılmalıdır.

Nəzərinizə çatdırım ki, Təhlükəsizlik Şurasının qətnamələri hüquqi qüvvəyə malik olub BMT-yə üzv dövlətlər tərəfindən mütləq sürətdə icra olunmalıdır. BMT qəbul etdiyi qətnamələr dərhal qüvvəyə minməli və heç bir halda güzəşt olunmamalıdır. (BMT Nizamnaməsinin 25-ci maddəsində öz əksini tapır). Amma nədənsə Ermənistan bu gün də bu qətnamələrin tələblərinə məhəl qoymur. Hələ 1993-cü ildə bir sıra dövlətlər Xocalı soyqrımını tanıdı. Pakistan, Meksika, Kolumbiya, İslam Ölkələri Əməkdaşlıq Təşkilatı, Türkiyə, Çexiya, Serbiya, Bosniya, Hersoqovina və bir sıra ABŞ ştatları: Arkanzas, Nyu-Meksika, Texas, Nyu-Cersi, Corciya, Men və sairə...(ümumilikdə 19 ştat)”

Seminar iştirakçıları İslamabadda da olsa, bir günlük Xocalıya, Azərbaycan həqiqətlərinə səyahət etməyi bacarıblar. PAMF qarşısına qoyduğu missiyanı yerinə yetirə bilmişdir: “Hər gün daha böyük təbliğat səsi və iddiası ilə dünyaya həqiqəti çatdırmaq”.