Dünya

Keçmiş prezidentin qardaşına 4 il həbs verildi

480
Keçmiş prezidentin qardaşına 4 il həbs verildi
Rumıniyanın keçmiş prezidenti Trayan Beseskunun qardaşı Mirça Besesku korrupsiya ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın verdiyi məlumata görə, onun mülkünə həbs qoyulacaq və aldığı rüşvət 265 min avro dəyərində hesablanaraq mülkü dövlətin hesabına müsadirə ediləcək. Eyni işlə bağlı biznesmen Marian Kepetsıne də 3 il azadlıqdan məhrum edilib.

Rumıniyada prezidentlik postunu 2014-cü ildə tərk edən T. Besesku isə məhkəmə qərarını ağır hesab edib və qardaşına mövcud qanunvericiliyə uğun olaraq etiraz etməyi məsləhət görüb.