Dünya

Son 70 ildə ilk dəfə Hitlerin kitabı satışa çıxarılıb

518
Son 70 ildə ilk dəfə Hitlerin kitabı satışa çıxarılıb
Almaniyada Adolf Hitlerin "Mayn kampf" kitabının təkrar nəşrinə qoyulan qadağa götürülüb

Yanvarın 1-də kitab yenidən satışa çıxarılıb. 59 avroya satılan nəşr 2000 səhifədən ibarətdir.

Avtobioqrafik əsər Münhenin Müasir Tarix İnstitutu tərəfindən buraxılıb. Nəşrdə tədqiqatçıların şərhləri, nasist liderinin ideologiyasının analizi əksini tapıb. Kitabın tarixçilərin şərhləri olmayan orijinal variantı hələ də qadağandır.

"Mayn kampf" Fransada təkrar nəşr edilib, lakin bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya və Niderlandda hələ də qadağandır.(report)