Dünya / İdman

“Bakı-2015”in məşəli bütün Avropaya işıq saçacaq” - Fəttah Heydərov

775
“Bakı-2015”in məşəli bütün Avropaya işıq saçacaq” - Fəttah Heydərov
“Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə, bir daha bütün dünyaya sübut etdi ki, aparıcı ölkələrlə rəqabət aparacaq gücündədir”. Bu sözləri Editor.az-açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.

Onun sözlərinə görə, bütün dünya Azərbaycanın uğurundan danışır:

“Bölgələrimizi dolaşan məşəl xalqımız tərəfindən böyük və dəstəklə qarşılandı. Daha sonra paytaxt Bakıda məşəli cənab Prezident İlham Əliyev qəbul etdi. Bütün bunlar müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Bunları izləmək çox qürurverici idi. Özünü azərbaycanlı hesab edən hər kəs dövlətimizin əldə etdiyi bu böyük uğurla fəxr etməli və sevinməlidir. Azərbaycanın qısa müddətdə Avropa Oyunları kimi beynəlxalq miqyaslı idman yarışına ən yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin yüksək təşkilatçılıq potensialından və qabiliyyətindən xəbər verir. Birmənalı şəkildə demək olar ki, birinci Avropa Oyunları dünyanın idman tarixinə özünün möhtəşəmliyi və yüksək təşkilatçılıq nümunəsi ilə düşəcək. Bir sözlə, “Baku-2015”-in məşəli Avropaya işıq saçacaq”.