Dünya

İraq aviasiyası 75 İŞİD-çini məhv etdi

646
İraq aviasiyası 75 İŞİD-çini məhv etdi
İraqın Anbar vilayətində hökumət qoşunlarının endirdikləri aviasiya zərbələri nəticəsində ən azı 75 İŞİD üzvü öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Anbar vilayətinin qərbindəki Tartar gölü yaxınlığında terror qruplaşmasının mövqelərinə endirilən zərbələr zamanı çoxlu sayda nəqliyyat vasitələri və silah da məhv edilib.
Anbar vilayətinin mərkəzi olan Ər-Ramadi şəhərinin isə 80%-i İraq ordusunun nəzarətinə keçib.

Son məlumatlara görə İŞİD İraq və Suriyadakı ərazilərinin 30%-ni itirib.