Dünya

​Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək

747
​Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək
Türkiyə 89 ölkənin vətəndaşlarına viza rejimi tətbiq edəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.
Məlumata görə, viza rejimi 2016-cı ilin iyunundan tətbiq ediləcək.
Qeyd edək ki, viza rejiminin tətbiqi Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu tələblərdəndir.