Dünya

İsrailin sabiq baş naziri 18 ay həbsdə qalacaq

631
İsrailin sabiq baş naziri 18 ay həbsdə qalacaq
Rüşvət almaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən İsrailin sabiq baş nazirinin cəzası azaldılıb

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, İsrail Ali Məhkəməsi 2006-2009-cu illərdə ölkənin baş naziri olan Ehud Olmert barəsində olan 6 il azadlıqdan məhrumetmə cəzasını 1 il 6 ay müddətə qədər azaldıb.

Qeyd edək ki, Ehud Olmertin 1992-2003-cü illərdə bələdiyyə sədri olan zaman 430 min dollar rüşvət aldığı məlum olub. Onun barəsində cinayət işi başlanıb. İlkin instansiya məhkəməsi keçmiş baş nazir barəsində 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmə qərarı çıxarıb. O hökmlə razılaşmayaraq, yuxarı instasiya məhkəmələrinə müraciət edib.