Dünya

İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib

535
İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib
İraq ordusu İŞİD-in nəzarəti altında olan ərazilərin təxminən yarısını azad edib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.

“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraqərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.