Dünya
Rusiyadan Türkiyə ilə bağlı daha bir iddia
566

Türkiyədən Suriyaya "Zarin" qazının keçirilməsi barədə yayılan məlumatlar Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən araşdırılmalıdır
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“2013-cü ildə Suriyanın paytaxtı Dəməşq şəhərinin Quta bölgəsindəki döyüşlərdən birində "Zarin" qazı tətbiq edildi. Ümid edirik ki, bu olayların arxasında duran şəxslər cəzalandırılacaq. Türkiyə də daxil olmaqla, bir çox ölkələr 2013-cü ildə Əl Qaidəyə bağlı Suriyanın müxalif qruplaşmalarını "Zarin qazı ilə təmin edib. Bu məlumatlar mütləq araşdırılmalıdır”, - Zaxarova əlavə edib.