Dünya / İdman

Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı

691
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Ermənistan I Avropa Oyunlarında mübarizəyə 13 iyun tarixindən qoşulacaq.

Liderinfo.az-ın məlumatına görə, güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq. 14 iyun tarixində isə ermənilərin daha 3 idmançısı güləş döşəyinə çıxacaq.

Kişilər arasında 66 kq Yunan-Roma Təsnifat Yarışlarında Miqran Arutyunyan, 75 kq Yunan-Roma Təsnifat Yarışlarında Karapet Chalyan, 85 kq Yunan-Roma Təsnifat Yarışlarında isə Maksim Manukyan iştirak edəcək.

Ermənistan növbəti yarışa 16 iyun tarixindən qoşulacaq. Kişilər arasında Boks üzrə Yüngül Çəki (52kq) Onaltıdabir finalda Narek Abqayran, Yarım-yüngül Çəki (56kq) Onaltıdabir finalda Aram Avarqyan, Yüngül Çəki (60kq) Onaltıdabir finalda Samvel Barseghyan, Birinci Yarım-orta Çəki (64kq) Onaltıdabir finalda Hovhannes Baçkov mübarizə aparacaq.

Atıcılıq üzrə kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş Təsnifat yarışında Hraçik Babayan iştirak edəcək.

Qeyd edək ki, Avropa Oyunlarının ilk beş günündə Ermənistanı 9 idmançı təmsil edəcək.