Dünya

Türkiyə və kürd liderləri görüşüb

808
Türkiyə və kürd liderləri görüşüb
Dekabrın 9-da Türkiyə prezident Tayyip Erdogan İraq Kürdüstanının lideri ilə görüşüb. Bu görüş Türkiyənin İraqın şimalına hərbçi yerləşdirməsi üzrə diplomatik mübahisələrin yarandığı bir vaxta təsadüf edir.

Məlumatlara görə, Erdogan-la Massoud Barzani terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyindən danışıblar. Türkiyə İraqın şimalına hərbçi göndərməkdə məqsədinin İslam Dövləti silahlı qruplaşmasına qarşı mübarizədə kürd peşmərgə qüvvələri ilə işləmək və onlara təlim keçmək olduğunu deyir.

Ankara ilə uzunmüddətli əlaqələri olan Barzani həmçinin Türkiyənin Milli Kəşfiyyat Təşkilatına qəfil səfər edib, qurumun rəhbəri Hakan Fidanla görüşüb.

Prezidentlər saatyarım çəkən görüş barədə bəyanat verməyiblər. Ancaq Erdogan al-Jazeera televiziyasına deyib ki, Türkiyə qoşunları 2014-cü ildə İraq liderinin xahişi ilə yerləşdirib və bu həftəyədək bu məsələ qalxmayıb.