Dünya

İŞİD daha 5 Rusiya vətəndaşını edam etdi

743
İŞİD daha 5 Rusiya vətəndaşını edam etdi
İŞİD (İslam dövləti) terror təşkilatı Rusiya vətəndaşı olan daha 5 nəfəri edam edib

Modern.az Rusiyanın “Lifenews” agentliyinə istinadən xəbər verir ki, Şimali Qafqazdan gələrək İŞİD-ə qoşulan döyüşçülər terror qruplaşması üzvləri tərəfindən casusluqda ittiham olunurdular.

Bundan bir neçə gün öncə İŞİD silahlıları daha bir Rusiya vətəndaşı – 23 yaşlı Maqomed Xasiyevi edam ediblər. Xasiyevin cəlladı rolunda da İslamı qəbul edən rus ekstremistinin çıxış etdiyi müəyyən olunub.