Dünya

NATO-dan Türkiyəyə dəstək: Almaniya və Fransa ordu göndərir

806
NATO-dan Türkiyəyə dəstək: Almaniya və Fransa ordu göndərir
NATO-ya üzv ölkələr Su-24 insidentindən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib

Bu bəyanatı NATO xarici işlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib.

Stoltenberq Rusiya və Türkiyə münasibətlərdəki yaranan gərginliyi azaltmaq üçün hər iki tərəfi sakitliyə çağırıb: “Türkiyənin müdafiəsi ilə bağlı bizim uzunmüddətli planlarımız var. Müdafiə sistemi ilə bağlı ölçülərin hələ rus təyyarəsi vurulmazdan əvvəl mövcud idi. Həmin planları müntəzəm olaraq müzakirə edib daha da gücləndiririk. Son bir neçə ildə NATO Türkiyənin hava müdafiəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bunu davam etdirəcəyik, habelə müttəfiqlər Türkiyə üçün bir sıra əlavə dəstək ölçülərini nəzərdən keçirir. Onlar qarşıdakı həftələrdə yekunlaşdırılacaq”.

NATO-nun baş katibi nəzərdə tutulan planlar barədə də danışıb: “İngiltərənin bu çərçivədə Türkiyəyə təyyarə, Almaniya və Danimarkanın Aralıq dənizinə hərbi gəmilər göndərəcək. Hazırda Türkiyədə olan İspaniya “Patriot”ları və ABŞ hərbi təyyarələri dəstək məqsədi ilə bu ölkədədir”. İŞİD-ə qarşı mübarizənin gücləndirilməsindən danışan Stoltenberq bu tədbirlərin bölgədə Rusiya təyyarəsinin vurulması ilə heç bir əlaqəsinin olmadığını deyib.

Bu arada Almaniya hökuməti ötən gün İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyaya 2000 əsgər, 4-6 arası kəşfiyyat təyyarələrinin göndərilməsi barədə qərar qəbul edib. Eyni zamanda Almaniya və Fransa ABŞ-ın Türkiyədə yerləşən hərbi bazası olan “İncirlik”dən istifadə üçün rəsmi Ankaraya müraciət edib.(azvision.az)

pia.az