Dünya / İdman

Moskvada Avropa Oyunları ilə bağlı fləşmob (FOTO)

563
Moskvada Avropa Oyunları ilə bağlı fləşmob (FOTO)
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunlarını dəstəkləyən fləşmob keçirilib.

Liderinfo.az-ın məlumatına görə, Azərbaycanlı gənclər RAGB-nin himayəsi ilə M.Qorki adına mərkəzi mədəniyyət və istirahət parkında aksiya təşkil ediblər.

RAGB fəalları suvenirlər və xatirə hədiyyələri – “Bakı-2015”in loqotipi olan şarlar, bilərziklər, futbolkalar, beysbolkalar, qələmlər və kitabçalar, Azərbaycan bayrağının rənglərində olan kürəciklər paylayıblar. Onlar moskvalılara Azərbaycan boyu gəzdirilən Olimpiya məşəli haqqında danışıb, sualları cavablandırıb, Avropa Oyunlarının iştirakçılarına – idmançılara uğurlar arzulayıblar.

Rusiya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev AZƏRTAC-a deyib ki, Bakıda birinci Avropa Oyunlarının çoxdan gözlənilən açılış mərasiminə bir neçə gün qalıb. Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB qitənin bütün sakinləri üçün möhtəşəm olan bu hadisədən kənarda qala bilməzdi. Bizim fəallarımız 2015-ci ilin əsas idman bayramı haqqında özünəməxsus tərzdə danışmağı qərara aldılar.
Moskvada Avropa Oyunları ilə bağlı fləşmob (FOTO)
Moskvada Avropa Oyunları ilə bağlı fləşmob (FOTO)