Dünya

Obamadan Türkiyəyə tam dəstək

737
Obamadan Türkiyəyə tam dəstək
Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib

Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir saat davam edən təkbətək görüşdən sonra hər iki ölkənin lideri mətbuata açıqlama veriblər.

Barak Obmama bildirib ki, görüşdə Suriyadakı vəziyyət, terrora qarşı birgə mübarizə və Türkiyənin sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyət müzakirə edilib: “Döyüş təyyarəsi vurulduqdan sonra Rusiyanın Türkiyə ilə birlikdə fəaliyyətinin gələcək perspektivini müzakirə etdik. Biz Türkiyənin özünü müdafiə hüququnu dəstəkləyirik. İki ölkə arasında gərginliyin diplomatik yollarla həllindən danışdıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, görüşdə Suriyadakı vəziyyət və xüsusəndə Rusiyaya məxsus təyyarənin vurulması müzakirə obyekti olub: “Türkiyə-Rusiya arasındakı gərginliyi dəyərləndirdik. Biz iki ölkə arasında gərginliyin azaldılmasının tərəfdarıyıq Bu gərginlik diplomatik yolla həll olunmalıdır. Çünki, bölgədə mövcud gərginlik bizi də narahat edir”.

Obama rusiyalı həmkarı Vladimir Putinə də eyni sözləri dediyini diqqətə çatdırıb: “ Düz deyirsiniz. Putinə dedim ki, gərginliyin artmasının faydası yoxdur”.

Qeyd edək ki, bundan başqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Matteo Renzi və Livanın baş naziri Tamam Selami ilə görüşəcək.