Dünya

Ərdoğandan Putinə mesaj: "Odla oynama"

599
Ərdoğandan Putinə mesaj: "Odla oynama"
"Biz heç kimi arxadan bıçaqlamarıq". ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya təyyarəsinin vurulması nəticəsində gərginləşən münasibətlər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident rus həmkarının sərhəddə vurulan "Su-24" təyyarəsi ilə bağlı dediklərinə cavab verib. O, türklərin bu zamana qədər heç kimi arxadan bıçaqlamadığını deyib.
Ərdoğan humanitar yardım aparan TIR-ları vuran Rusiyanın alovla oynadığını da qeyd edib. "Bu millət üzbəüz savaşmağı bilən bir millətdir. Çox səmimi olaraq odla oynamamasını tövsiyyə edirik".

Ərdoğandan Putinə mesaj: "Odla oynama"

Türkiyə-Suriya sərhəddində vurulan yardım TIR-ları

Cümə namazı qılan Ərdoğan meydana toplaşanlar önündə çıxış edib. O, təyyarənin sərhəddi pozduğuna dair səs yazıları, radar görüntülərini dünyaya elan etdiklərini də deyib. Türk lider bildirib ki, əgər Rusiya iddialarını təsdiq edə bilməsə dünyada yalancı vəziyyətinə düşəcək.

“Rus təyyarələri daha öncə də hava sərhəddimizi pozub. Bir dəfə belə hadisə Qara dənizdə olub. Hava sərhəddinin pozulması 15 dəqiqə davam edib. Xəbərdarlıqdan sonra getdilər. Oktyabr ayındada bir neçə dəfə belə hal təkrarlanıb. Düzdür aramızda strateji əməkdaşlıq var. Amma bu bizim hüquqularımızın pozulmasına əsas vermir. Oktyabrda mən hörmətli Putinə zəng etdim. Onunla hadisələr barədə söhbət etdim. G-20-də də danışdıq. Həssas bir bölgədəyik. Dəfələrlə biz onlara "sizin burada nə işiniz var?" dedik. Onlarda "Suriya rejimi dəvət edib" deyə cavab verdilər. Siz hər dəvətə geyməyə məcbursunuzmu? Burada 380 min insanı öldürən Əsəd var".

O, bu sahədə həssaslığı bir çox kanallarla Rusiyaya çatdırdıqlarını deyib. Onlar hər cür məlumat verilib. Ərdoğan Putinin Fransa prezidenti ilə görüşdə ifadə etdiyi fikirlərinin qəbuledilməz olduğunu deyib. O, Türkiyənin İŞİD terrorçularından neft almadığını deyib.

Ərdoğandan Putinə mesaj: "Odla oynama"

Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland


"Biz bir terror təşkilatından neft alacaq qədər mənəviyyatsız deyilik. Bunu belə də bilin. Putin Türkiyəyə gedən neft daşıyan maşınlardan bəhs edir. Beynəlxalq əlaqələr dedi-qodu ilə inkişaf etmir, bunlar uşaq oyuncağı deyil. Bu Putinə heç yaraşmadı. Rusiyanın belə bir iddiası varsa sənədlərlə sübut etməlidir".

Türkiyə prezidenti Rusiyanın onların gözündə köklü bir mir dövlət olduğunu deyib. Bunun üçün də Rusiyadan bu mövzularla bağlı dövlət ciddiyyəti tələb edilir.

R.T.Ərdoğan noyabrın 30-da Parisdə Vladimir Putinlə bu məsələni üzbə-üz danışmaq istədiyini deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı gərəksiz mübahisələrdən narahat olduğunu demək istəyir. Türkiyə prezidenti deyib ki, iki ölkə arasında münasibətlərin pozulmasından məmnuniyyət duyanlar çıxa bilər. "Rusiyaya səmimi şəkildə gəlin buna imkan verməyək deyirəm".

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Ərdoğandan Putinə mesaj: "Odla oynama"
Türkiyənin vurduğu Rusiya hərbi təyyarəsi

Təyyarənin vurulmasından sonra iki ölkə arasında müna sibətlər gərginləşib. Rusiya XİN rəhbərinin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.
Rusiya bu hadisədən sonra S-400 zenit-raket komplekslərini Suriyaya göndərmək haqqında qərar verib.
Ərdoğandan Putinə mesaj: "Odla oynama"

S-400-lərin yerləşdirildiyi ərazi
ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.