Dünya
Rusiya türk seriallarını da qadağan edir
645

Moskva Şəhər Dumasının deputatları Rusiya telekanallarında nümayiş etdirilən türk seriallarının və digər filmlərinin yayımını qadağan etməyə çağırıblar.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar üzrə komissiyasının sədri Yevgeni Gerasimov bildirib.
“Bütövlükdə mən yaxşı türk serialları görməmişəm. Onları göstərməkdənsə, göstərməmək daha yaxşı olar. Telekanallar bundan yalnız udar” - deyə Gerasimov bildirib.
Rusiyada türk xidmət və məhsullarından imtina olunması təklifi son günlər tez-tez səslənir. Türkiyədən Rusiyaya aparılan meyvə-tərəvəzə artıq qadağa qoyulub. Turist səfərləri ləğv edilib. Xarici işlər naziri Sergey Lavrov isə bundan az əvvəl bəyan edib ki, Rusiya gələn il yanvarın 1-dən etibarən vizasız rejimi ləğv edəcək.
Oxşar xəbərlər:

Rusiya Türkiyədən gətirilən ərzaq məhsullarına qadağa qoyur: Qərar
Dünya
Erməni KİV-i ilginc xəbər yaydı: - Lavrov İrəvandan Qarabağı istəyir
Siyasət
Rusiya Türkiyə ilə dostlaşmağa çalışır
Dünya
RF və Türkiyə “Türk axını” üzrə iyunun sonuna qədər razılaşma imzalaya bilərlər
Siyasət / Redaksiya seçimi
Türk nazir Bakı 2015-dən danışdı
Dünya / İdman