Dünya / İdman

Məşəli bu gün hansı məşhurlar daşıyacaq? - SİYAHI

645
Məşəli bu gün hansı məşhurlar daşıyacaq? - SİYAHI
Bu gün birinci Avropa Oyunlarının məşəlini daşıyacaq məşhurların adları məlum olub.

Liderinfo.az-ın məlumatına görə, məşəl bu gün Velo Parkdan başlayaraq Kristal Holla kimi daşınacaq.

Velo Parkda məşəli “Kim, harada, necə” intellektual oyununun qalibi Balaş Qasımov, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük komandasının üzvü Yatyana Nikitina və Yekaterina Valiulina, Basketbol Arenada isə veteran basketbolçu Elxan Əliyev daşıyacaq.

Məşəli daşıyanlar arasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, aktyor Tahir İmanov, güləşçi Mariya Standik, bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu Marina Durunda , Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, London Olimpiadasının bürünc medalçısı Məhəmmədrəsul Məcidov da var.

Məşəlin bu gün daşınacaq istiqaməti isə BMX Velo Park, Su İdman Mərkəzi, Basketbol Arena, Dağ velosipedi idmanı, Bilgəh çimərliyi, Heydər Əliyev adına saray, Milli Gimnastika Arenası, Tofiq Bəhrəmov adına Respublika Stadionu və Kristal Holl olacaq.