Dünya
“Böyük iyirmiliyin“ sammiti başa çatdı
701

Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammiti noyabrın 16-da başa çatıb.
İki gün davam edən Zirvədə dünya liderləri beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyatın inkişafı, beynəlxalq terrorizmlə mübarizə, maliyyə sabitliyinin qorunması, qaçqınlar probleminin həlli və digər məsələləri müzakirə ediblər.
Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin və başqaları sammitin yekunları ilə bağlı mətbuat konfransları keçiriblər. Beynəlxalq terrorizmə qarşı mübarizənin genişləndirilməsinin vacibliyi mətbuat konfranslarının əsas mövzusu olub.
Sammit terrorizmə qarşı birgə mübarizə və dünya iqtisadiyyatının idarə olunmasına dair bəyannamələr qəbul edib.
Türkiyədən sonra “Böyük İyirmiliyə” Çin Xalq Respublikası sədrlik edəcək.
Oxşar xəbərlər:

İlham Əliyev və xanımı Antalyada rəsmi naharda iştirak ediblər
Siyasət
Obama Ərdoğanla niyə görüşəcək?
Siyasət
İlham Əliyev “Böyük 20-lər”in sammitində: otellər bağlanır
Siyasət
Ərdoğandan savaş anonsu: vaxt çatdı
Siyasət
Rəsmi Bakının BRİCS-lə siyasi-iqtisadi əməkdaşlığıa gedə bilərmi?
Sosial / Dünya