Dünya / İdman

“Bakı 2015”-in medallarını bu şirkət hazırlayacaq

667
“Bakı 2015”-in medallarını bu şirkət hazırlayacaq
I Avropa Oyunları zamanı 1, 2, 3- cü yerin qaliblərinə veriləcək mükafatlar açıqlanıb. Bu barədə Avropa Oyunlarının Əməliyyat Komissiyasının əməkdaşı Elnarə Məmmədova AzVision.az-ın sorğusunu cavab olaraq bildirib.

O, qeyd edib ki, “Bakı 2015” zamanı hər bir idman növü üzrə qalib qızıl medalla, ikinci yerin sahibi gümüş medal və üçüncü yerə sahib olan idmançı isə bürünc medal qazanacaq:

“Qızıl, gümüş və bürünc medallar dekorativ “Bakı 2015” brendi ilə hazırlanmış yeganə ikonoqrafiyanı özündə əks etdirir. “Bakı 2015”-in loqosunu əks etdirən dizayn dinamik, gözəl və mədəni cəhətdən zəngin ev sahibliyi edən şəhərin bənzətməsidir və loqonun arxa tərəfi isə Avropa Oyunları Komitəsinin rəmz və söz işarəsini özündə əks etdirir ”.

BAOƏK-dən onu da bildirdilər ki, medalın dizaynı “Soçi 2014” Olimpiya və Paraolimpiadasının medallarını hazılayan məşhur “Adamas” zərgər şirkəti və Azərbaycanlı rəssam Nərgiz Hüseynovanın birgə işi nəticəsində tərtib olunub. Medallar yerli şirkət olan “Azərsuvinir” tərəfindən hazırlanacaq.