Dünya / İdman

Bakı-2015-lə bağlı nə qədər tvit atılıb?

641
Bakı-2015-lə bağlı nə qədər tvit atılıb?
Twitter sosial şəbəkəsinin Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan Liderinfo.az saytı maraqlı araşdırma aparıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, #Baku2015 açar sözü ilə tvit yazan istifadəçilərin sayı 540 nəfər olub. Onlar ümumilikdə 18.307 tvit yazıblar. Bunlardan 5351-i hiperlinki olan tvitlərdir, yəni bu tvitlər vasitəsilə hər hansısa bir saytdan xəbər paylaşılıb.

#Baku2015 açar sözünü yazanların 74,6 faiz bunu stasionar kompüter və ya noutbuk vasitəsi ilə edib.

#EuropeanGames açar sözü ilə 209 istifadəçi 2573 tvit yazıb ki, bunlardan 1926-sı hiperlinki olan tvitlərdir.

#EuropeanGames açar sözünü yazanların 70,9 faizi stasionar kompüter və ya noutbukdan istifadə edib.

Mobil telefon vasitəsi ilə tvit yazan istifadəçilər də aktivlik göstərib. Android istifadəçiləri #Baku2015 açar sözünə, iOS istifadəçiləri isə #EuropeanGames açar sözünə üstünlük veriblər.