Dünya / İdman
Türk nazir Bakı 2015-dən danışdı
797

"Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir və buna görə onları təbrik edirəm. Bakıda keçiriləcək oyunlarda 23 idman növü üzrə ümumilikdə 192 idmançıyla iştirak edəcəyik".
Liderinfo.az-ın məlumatına görə, bunu Türkiyə idman naziri Suat Kılıç qatıldığı tv proqramlarından birində söyləyib. Nazir bildirib ki, yarışların açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək:
"Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı baş tutan görüşlərdə prezidentimizin açılış mərasimində iştirakını rəsmi olaraq bildirdik. Artıq idmançı qardaşlarımızın müvəffəqiyyətləri üçün biz də onlarla birlikdə olacağıq. Burada bizim yaxşı bir nəticə əldə edəcəyimizi düşünürəm. Fərqli idman növləri üzrə çox yaxşı idmançılarımız var".
Türkiyə idman naziri I Avropa Oyunlarının həm Bakı üçün, həm də bütün iştirakçılar üçün yaxşı keçəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu yarışlar Türkiyə üçün gələcək illərdəki müsabiqələr üçün də yaxşı bir imkan yaradacaq.
Oxşar xəbərlər:

Şeyxülislam xeyir-dua verdi
Dünya / İdman
Türk kəşfiyyatçılar həbs olundu – İddia
Kriminal / Araşdırma
"Qaça bilməsə də, hərəkət edəcək" - nazir İlhamə haqda
Maraq / Şou Biznes
“Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək” - Bakı-2015
Dünya / İdman
Bakı-2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq
İqtisadiyyat / İdman