Dünya / İdman

Cek Uorner: "Blatter niyə məğlub olduğunu bilir"

740
Cek Uorner: "Blatter niyə məğlub olduğunu bilir"
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının sabiq vitse-prezidenti Cek Uorner həyatına görə narahat olduğunu deyib

Uorner videomüraciətində bildirib ki, əlində FIFA-nın maliyyə fəaliyyəti ilə bağlı sənədlər var və bu sənədlərdən bəziləri Amerika Birləşmiş Ştatlarının apardığı istintaq üçün faydalı ola bilər.

"2010-cu ildə Trinidad və Tabaqoda keçirilən milli seçkilər ilə FIFA məmurları və prezidenti Yozef Blatterin əlaqələrini təsdiqləyən sənədləri təqdim edəcəyəm. Girdiyim yoldan dönə bilmərəm. Bu günün gec-tez gələcəyindən ehtiyat edərək susurdum. Daha belə etməyəcəyəm.

Əslində, həyatıma görə qorxuram. Bu informasiyanı daha əvvəl açıqlamadığım üçün üzr istəyirəm. Ölüm belə yaxınlaşan qar uçqununun qarşısını ala bilməz. Blatter niyə məğlub olduğunu bilir" - FIFA-nın sabiq vitse-prezidenti Cek Uorner videomüraciətində belə deyib.