Dünya / İdman

Şeyxülislam xeyir-dua verdi

742
Şeyxülislam xeyir-dua verdi
“I Avropa Oyunları, İslam Oyunlarının Azərbaycan keçirilməsi onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Biz həm ibadətimizi eləməliyik, həm də elə etməliyik ki, Avropa dövlətləri bizi tanısınlar”.

Liderinfo.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclasında deyib.

Şeyxülislam Azərbaycanda keçiriləcək mötəbər yarışların önəminə diqqət çəkib və ölkəmiz üçün xeyir-dua verib: “I Avropa Oyunları zamanı 30-a yaxın dövlət başçısı Azərbaycana gələcək. Bu özü ölkəmizin uğuru deməkdir. Biz QMİ adından xeyir-dua veririk”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib ki, Avropa Oyunlarında Azərbaycan yaxşı nəticələr eldə edəcək. Şeyx idmançılarımızın çoxlu medallar qazanacağını ümid etdiyini söyləyib.

Xatırladaq ki, Bakı-2015-in açılışı iyunun 12-də baş tutacaq. Yarışlar iyunun 28-dək davam edəcək.