Azərbaycan

Rusiyada azərbaycanlıların kafesini sökdülər - FOTO

279
Rusiyada azərbaycanlıların kafesini sökdülər - FOTO
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun kulinar qərargahı sökülüb.

Ural.aif.ru saytının məlumatına görə, Şartaş gölü yaxınlığında yerləşən qalmaqallı “Kaspi” kafesinin sökülməsi ilə bağlı qərar Kirov rayon Məhkəməsi tərəfindən verilib.

Kafenin söküntüsü sahibi tərəfindən həyata keçirilir.

Bundan başqa, kafe sahibinin Rusiya ərazisini tərk etməsinə qadağa qoyulub.

Məhkəmə prosesləri artıq uzun müddətdir davam edir. Bu müddət ərzində şəhər prokurorluğu üç məhkəmə prosesində qalib gələ bilib. Prokurorluğun qaldırdığı iddialar razılıq əldə edilmədən kafenin tikilməsi, texniki reqlament qaydalarının pozulması və lisenziyasız spirtli içki satılması ilə bağlı olub.

Kafe ətrafında mübahisələr 2013-cü ildə başlanıb və 2016-cı ilin martında məhkəmənin qərarı ilə sökülüb. Ancaq obyekt sahibi qısa müddətdə yenidən kafeni tikdirib. Bu zaman “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlinski şəhər rəhbərliyinə Yekaterinburq inzibati əmtəə bazarı komitəsi və Baş Arxitektura İdarəsi tərəfindən təsdiqlənmiş layihəni təqdim edib. Buna baxmayaraq, məhkəmə yenidən kafenin sökülməsi qərarını verib.