Azərbaycan
İşdən çıxan başçının birinci müavini istefa verdi
663

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini öz vəzifəsindən istefa verib
Quba Rayon İcra Hakimiyyətindən Qaynarinfo-ya verilən məlumata görə, İcra Hakimiyyətinin birinci müavini Yusif Abidov işdən çıxması ilə bağlı ərizəni bu həftə imzalayıb.
Onun işdən ayrılma səbəbi məlum deyil. Y.Abidovun yerinə hələlik heç bir təyinat yoxdur.
Qeyd edək ki, 2 dekabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilmişdi. Y.Məmmədovun yerinə həmin tarixdə Ziyəddin Əliyev təyin edilmişdi.
Oxşar xəbərlər:

Prezident icra başçılarını dəyişdi
Siyasət
Prezident iki icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Ana səhifə / Əsas Xəbər
İcra başçısının müavini MTN olayına qurban getdi - Beytulla Hüseynovun qardaşı da işdən çıxarıldı
Son xəbər
Təhsil müdiri Vidadi Dövlətov icra başçısının müavini vəzifəsinə GƏTİRİLİR - İslahat
Əsas Xəbər
İcra başçısı qadın müavini işdən çıxardı – QALMAQAL
Əsas Xəbər