Azərbaycan

Qaçan məhkumlardan biri "Masallı Mamed”lə "Qoca”nın adamıdır

1178
Qaçan məhkumlardan biri "Masallı Mamed”lə "Qoca”nın adamıdır
Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kirmina aləmə yaxın şəxsdir.

Liderinfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami "Masallı Mamed”lə "Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.
Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka”dan sonra saxlanılıb.
Həmin görüşdə "Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla” kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə "Hüsyenov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.
Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.
Bu hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.
Qaçan məhkumlardan biri "Masallı Mamed”lə "Qoca”nın adamıdır
Qaçan məhkumlardan biri "Masallı Mamed”lə "Qoca”nın adamıdır