Azərbaycan

Daha bir şirkət rəhbəri məhkəmə qarşısında

675
Daha bir şirkət rəhbəri məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan , "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

İttihama görə, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı şirkətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində şirkət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsi müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.