Azərbaycan

Aqil Nəzərliyə böhtan atanlar ifşa olundu - FAKT

2065
Aqil Nəzərliyə böhtan atanlar ifşa olundu - FAKT
Akif Səlimov tutduğu vəzifəsindən azad edildikdən sonra Laçın rayon icra hakimiyyəti başçısının kim olacağı elə laçınlıların özləri tərəfindən söz mövzusuna çevrilib.

Başçı postuna bir neçə namizədin adları çəkilir ki, onlardan biri hazırda icra başçısı səlahiyyətini yerinə yetirən Aqil Nəzərlidir.

A.Nəzərlinin laçınlılar arasında böyük nüfuz sahibi olduğu danılmaz faktlardandır. Elə A.Səlimovun müavini kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyindən, rayonun sosial-iqtisadi inkişafında, əhalinin sosial problemlərinin həllində onlara yaxından köməklik göstərdiyindən hörmət qazanıb.
Başçının səlahiyyətini yerinə yetirdiyi bir vaxtda isə A.Nəzərli daim məcburi köçkünlərlə mütəmadi görüşlər keçirərək, A.Səlimovun dövründən qalan problemlərin həllinə çalışmaqdadır.

Lakın laçınlılar tərəfindən dəstəklənən gənc və güclü potensiala malik A.Nəzərlinin icra hakimiyyəti başçısı gətirilə biləcəyini yəqinləşdirən bəzi qüvvələr yerli mətbuata yol taparaq ona böhtan atmağa cəhd göstəriblər.

Aqil Nəzərliyə böhtan atanlar ifşa olundu - FAKTBu gün bəzi saytlarda bir qrup Laçın rayon sakini adından müraciət daxil olub. Guya həmin müraciət prezident İlham Əliyevə ünvanlanıb. Müraciətdə deyilir ki, guya A.Nəzərli hərbi xidmətdə olmadığından icra hakimiyyətinin başçısı ola bilməz.
Müraciətin saxta olduğunu əsaslandıran faktlar çoxdur.

Birincisi, əgər A.Nəzərli həqiqətən də hərbi xidmətdə olmayıbsa bunu laçınlılar çoxdan ictimailəşdirərdilər. Ona görə ki, icra başçısı da olmasa, müavin kimi fəaliyyət göstərib.

İkincisi, niyə məhz icra başçısının səlahiyyətini yerinə yetirdiyi və başçı posyna real namizəd olduğu bir dönəmdə bu məsələ şişirdilib. Deməli, burada hansısa qaranlıq məqamlar mövcuddur.

Üçüncüsü, müraciətin bir şəxs tərəfindən yazıldığı da aydındır. Müraciətdə deyilir ki, rayonun az qala hərbi rejimdə idarə olunması, hərbi vətənpərvərlik ruhunun hakim olması bizə görə ən vacib şərtlərdəndir.
Müraciəti yazan müəllif hələ də hərbi rejimin nə olduğunu və rayonun hərbi rejimlə idarə olunmağın mümkünsüzlüyünü dərk etmir.

Sonra qeyd olunur ki, A.Nəzərlinin bu gün vəzifə başına hansı yollarla, hansı üsullarla keçdiyini Laçında bilməyən yoxdur.
Müəllif burada da siyasi səhvə yol verib, çünki yazdığı başdan ayağa böhtandır. İcra başçısının səlahiyyətlərini yerinə yetirməyi ona hakimiyyət izn verib. A.Nəzərli öz xoşu ilə bu səlahiyyəti üzərinə götürməyib. Ona verilən tapşırığı yerinə yetirir.

Müraciətin sonunda qeyd olunur ki, yeni rəhbər təyinatı zamanı laçınlıların istəyi də nəzərə alınmalıdır: “Bizə müharibədən qorxan yox, mürahibəni həyat tərzi kimi görən rəhbər göndərin..”

Müəllif müharibədən çıxan, polkovnik A.Səlimovun niyə görə vəzifəsindən uzaqlaşdırıldığını analiz etmir... Bir də 1994-cü ildən atəşkəs elan edilib. O zaman isə A.Nəzərlinin 17-17 yaşı olub. Əlbəttə, o, müharibə görə bilməzdi.... Rayonu idarə etmək üçün başçının müharibədə olub, olmadığı şərt deyil. Şərt başçı ilə əhali arasında olan anlaşma, hörmət və başçının dövlətə, dövlətçiliyə xidmət etməsi, prezidentə sədaqətidir...

Sonda müraciət müəllifinin yalanının üstünü açan bir fakt isə Laçın Rayon İcra Hakimiyyətinin rəsmi saytında (http://lachin-ih.gov.az/page/22.html) rəhbərlikdə təmsil olunanların qısa tərcümeyi-halıdır. Orada A.Nəzərli ilə bağlı yazılır:

Laçın rayonu İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Nəzərli Aqil Ağaxan oğlu 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Ali təhsillidir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üxrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir. Ailəlidir, iki övladı var. 12 iyun 2009-cu il tarixdən bu vəzifədə çalışır. Ehtiyatda olan zabitdir.

A.Nəzərli ilə bağlı böhtan dolu yazıya cavabı bir qrup Laçın ziyalısı adından təqdim edirik.