Azərbaycan

Vergilər naziri bir neçə müşavirini işdən azad edib

847
Vergilər naziri bir neçə müşavirini işdən azad edib
Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb.

Liderinfo.az "Report"a istinadən xəbər verir ki, müşavirlərin bəzilərini tutduqları vəzifədən azad edib.

Məlumata görə, bir neçə müşavir işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.