Azərbaycan

Şəhid ailələri və 20 Yanvar əlillərinin təqaüdü artırıldı

737
Şəhid ailələri və 20 Yanvar əlillərinin təqaüdü artırıldı
Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb

Liderinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Həmçinin, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada veriləcək:

1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat


Bu fərmandan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

***

Şəhid ailələri üçün prezident təqaüdü artırıldı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilsin.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2013, № 8, maddə 896) 1-ci hissəsində "200 (iki yüz)" sözləri "220 (iki yüz iyirmi)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".