Azərbaycan
Çovdarovun qohumları hələ də Mərkəzi Bankdadır… - İlginc iddialar
848

Bir neçə gün əvvəl dərc etdiyimiz yazıda Mərkəzi Bankın sədr müavini, bankın İdarə Heyətinin üzvü Aftandil Babayevin Dövlət Statistika Komitəsinin uzun müddət boş qalmış sədr vəzifəsi uğrunda mübarizəsindən bəhs etmişdik.
Xatırlatma üçün qeyd edək ki, Aftandil Babayev Mərkəzi Bankda MTN generalı Akif Çovdarovun ən yaxın dostu olub. Bu gün NUH.az-a daxil olan məlumata görə, Mərkəzi Bankda təkcə Aftandil Babayev deyil, digər bir neçə mühüm vəzifə sahibi keçmiş nazir Eldar Mahmudovun və Akif Çovdarovun tapşırıqlarını icra ediblər.
Belə vəzifə sahiblərindən biri də Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev olub. Mənbənin iddiasına görə, Baş direktor Akif Çovdarovun yaxın qohumudur.
Maraqlıdır ki, baş bankir Elman Rüstəmov bu şəxslərə qaşın üstdə gözün var deyə bilmir. Mənbə bunun səbəbini Çovdarovda baş bankirin özəl həyatı ilə bağlı “kasset”in oması ilə izah elədi.
Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər:

Akif Çovdarovun qızı işdən çıxarıldı
Azərbaycan
Bulvardakı parovoz biznesi Akif Çovdarovun oğlunun imiş
Əsas Xəbər
AKİF ÇOVDAROVUN EVİNDƏ AXTARIŞ APARILIR
Son xəbər
Sabiq nazirin Yasamaldakı adamı necə iz itirməyə çalışır... - İlginc iddialar
Siyasət
Akif Çovdarov həbs olundu- ŞOK!!
Ana səhifə / Əsas Xəbər