Azərbaycan

Manat “Formula-1”in büdcəsinə təsir etməyəcək

542
Manat “Formula-1”in büdcəsinə təsir etməyəcək
“İslam Oyunlarının və “Formula-1” yarışlarının büdcəsi manatın devalvasiya ilə bağlı olaraq dəyişməyəcək”

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O, əlavə edib ki, bu oyunların büdcəsi dollarla hesablanıb.

Nazirin sözlərinə görə Avropa Oyunlarından fərqli olaraq “Formula-1” yarışları və İslam Oyunlarında idmançılar Azərbaycanın hesabına yox, hər biri öz ölkəsinin hesabına göndəriləcək: “Bundan başqa hər bir idmançı oyunların təşkilat komitələrinə yemək və qalmaq üçün 50 dollar məbləğində pul ödəyəcək”.