Azərbaycan

PAMF Ümumilli Lider və müstəqil Azərbaycanın əsasını qoyan şəxsiyyət, Heydər Əliyevin anım gününü qeyd edib

1010
PAMF Ümumilli Lider və müstəqil Azərbaycanın əsasını qoyan şəxsiyyət, Heydər Əliyevin anım gününü qeyd edib
Bu gün İslamabadda Pakistan Azərbaycan media Forumu Ümumilli Lider və müstəqil Azərbaycanın əsasını qoyan şəxsiyyət, Heydər Əliyevin anım gününü qeyd edib.

12 dekabr Ulu Öndərin anım gününə həsr edilən tədbiri giriş sözü ilə Pakistan Azərbaycan Media Forumunun baş katibi Raca Cavid Əli Bhatti açıq elan edib. O öz növbəsində bildirib ki, Heydər Əliyev öz xalqınıən və dövlətinin çiçəklənməsini bütün həyatını həsr edən Heydər Əliyevin Azərbaycan tarixində böyük yer tutur: “ İstedadlı siyasətçi və ictimai xadim Heydər Əliyev hələ sağlığında öz bacarığını nümayioş etdirməyi bacarmış və əvsanəvi şəxsiyyətə çevrilmişdir. Ümumilli lider xalqın ən çətin anında ona dayaq olaraq, xalqın xahişi ilə onlara sözün əsl mənasında arxa çıxmağı bacarmışdır. Bu gün Azərbaycan güclü və iqtisadi baxımdan inkişaf edən bir dövlətdir. Ona görə də, bu gün Heydər Əliyevi müasir Azərbaycanın banisi kimi təqdim etmək əvbəsdən deyil”.

Tədbirdə iştirak edən, Pakistanın eks XİN başçısı, senatoru və Pakistan Azərbaycan Media Forumunun fəxri üzvü Əkrəm Zəki də iştirak edib. Onun sözlərinə görə Heydər Əliyevin bir siyasətçi kimi böyüklüyü zamanında getməyi bacarmaqdır. Heydər Əliyev bunu da qlobal siyasət sahəsində ən yüksək səviyyədə etməyi bacarmışdır. Heydər Əliyevin vəfatı deyərdim Azərbaycan xalqı üçün ən böyük itki hesab edilməlidir. Çünki 10 il hakimiyyətdə olduğu müddətdə məhz Heydər Əliyev Azərbaycan xalqına müstəqillik və suverenliyi bəxş etməyi bacarmışdır. Bu gün Azərbaycan dünya ölkələri arasında layiqli yer tutmağı bacarıbsa, bu məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur”.

Daha sonra Pakistanın tanınmış tarix üzrə professoru Sadjid Khakvani və PAMF-ın üzvü xanım Şumayla Javid Bhatti Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş informasiya veriblər və bu fəaliyyətin Azərbaycxan tarixinə qızıl həriflərlə yazıldığını bildiriblər”.
Tədbirin sonunda Ölməz liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ona Allahdan rəhmət dilənib!”

Xatırladaq ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin ruhuna yasin oxunub. Halva çalınıb və ehsan verilib.

Qeyd edək ki, Pakistan Azərbaycan Media Forumu Dövlətlərarası media və Diplomatiya Mərkəzinin olduqca mühüm layihələrindən biridir. Layihənin sədri jurnalist Ülkər Musazadədir.PAMF Ümumilli Lider və müstəqil Azərbaycanın əsasını qoyan şəxsiyyət, Heydər Əliyevin anım gününü qeyd edibPAMF Ümumilli Lider və müstəqil Azərbaycanın əsasını qoyan şəxsiyyət, Heydər Əliyevin anım gününü qeyd edib