Azərbaycan

İŞİD Azərbaycanı “düşmən ölkə” siyahısına salmadı

1870
İŞİD Azərbaycanı “düşmən ölkə” siyahısına salmadı
“İslam Dövləti” (İŞİD) terror təşkilatı düşmən saydığı ölkələrin siyahısının açıqlandığı yeni videomüraciət yayıb

Virtualaz.org saytı Polşanın “Gazeta Wyborcza” nəşrinə istinadən xəbər verir ki, yeni “qara siyahı”da 60 ölkənin adı var.

Bu siyahıya, İŞİD-in təbirincə deyilsə, “şeytanlar koalisiyası”na daxil olan 4 ölkə rəhbərlik edir. Bunlar İran, Türkiyə, ABŞ və Rusiyadır. Daha sonra isə Fransa və İsrail gəlir.

İŞİD-in düşmənləri siyahısında Ukrayna, Polşa, Litva və hətta Moldova da var, lakin onların adının bura nədən düşdüyü izah olunmur. Xüsusilə Ukraynanın adının bu siyahıda olması təəccüblüdür. Belə ki, məlumatlara görə, İŞİD yaraqlıları bu ölkədən silah-sursat alaraq Suriyada döyüşən tərəfdarlarına göndərir.

Azərbaycana gəlincə isə ölkəmizin adı İŞİD-in “qara siyahısı”na salınmayıb.